Saat:03:59
Haqqımızda

Google istifadəçilərin şəxsi məlumatlarının olduğu milyardlarla qeydi siləcək

2024-04-02 23:04:25

Google istifadəçilərin şəxsi məlumatlarının olduğu milyardlarla qeydi siləcək

“Google” şirkətin “Chrome” brauzerindən istifadə edən 136 milyondan çox ABŞ sakini haqqında şəxsi məlumatları ehtiva edən milyardlarla qeydi silməyə razılıq verib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

“Google”a qarşı istifadəçilərin qeyri-qanuni izlənilməsi, o cümlədən “Chrome” brauzerində istifadəçilərin internet fəaliyyətinin hətta gizli rejimdə olduqda belə izlənməsi iddiası ilə kollektiv iddia qaldırılıb.

Məxfiliyin pozulması iddiası ilə “Google”a qarşı qaldırılan 5 milyard dollarlıq iddia hələ 2020-ci ilin iyununda açılmışdı. Lakin şirkətin vəkilləri bir neçə dəfə prosesi təxirə salmağa çalışıblar.

Bu ilin fevralında tərəflər “Google”dan məlumat mərkəzlərində saxlanılan milyardlarla şəxsi qeydləri silməyi tələb edən rəsmi “sülh sazişi” bağlamaq niyyətlərini ifadə ediblər.

“Google”un şəxsi məlumat toplamasını məhdudlaşdırmaq üçün digər nəzarətlər tədbirləri tətbiq olunacaq”, - AP yazır.

Nəşr qeyd edir ki, sazişin şərtləri aprelin 1-də açıqlanıb. Məhkəmə sənədi iyulun 30-na təyin edilmiş məhkəmə iclasında təsdiq etməlidir. Bu sazişə əsasən, iddiaçılar heç bir ödəniş almayacaqlar.

 

@ Report.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.240270