Gömrük Komitəsinin "Vətənə Xidmətə görə" ordenli generalı "RÜŞVƏTƏ XİDMƏTƏ" GÖRƏ SAXLANILIB

2022-06-21 12:51:00

Gömrük Komitəsinin

General-mayor Ehtiram Xəlilovun biznes şəbəkəsi haqda ilginc bilgilər

Xəbər verdiyimiz kimi, iyunun 20-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin (DGK) bir sıra yüksək çinli məmuru saxlanılıb. Onlardan biri də "Azərterminalkompleks" birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Səyyaf oğlu Xəlilovdur. 

Beləliklə, gömrük generalı Ehtiram Xəlilov 5 iyun 1965-ci ildə Göyçay rayonu Bığır kəndində anadan olub.
O, 1992-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib, 1986-1997-ci illərdə daxili işlər orqanlarında çalışıb, 1997-ci ildən isə Gömrük orqanlarında xidmət göstərir.

Gömrük orqanlarında 25 illik fəaliyyəti müddətində Xəlilov aşağıdakı vəzifələrdə çalışıb:

1. 1997-ci ildə Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və Gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru vəzifələrində;

2. 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi vəzifələrində;

3. 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük idarəsinin rəisi;

4. 2013-2018-ci illərdə Aksiz Baş Gömrük idarəsinin rəisi;

5. 2018-ci ildən "Azərterminalkompleks" birliyinin direktoru vəzifəsini icra edib.

Hurriyyet.az-ın xəbərinə görə, bizim.media-nın araşdırması nəticəsində məlum olub ki, 3-cü Dərəcəli "Vətənə Xidmətə görə" Ordeni, 2-ci Dərəcəli "Vətənə Xidmətə görə" Ordeni  və "Dövlət Qulluğunda Fərqlənməyə görə" Medalı ilə təltif olunan Ehtiram Xəlilov DGK-dakı fəaliyyəti dönəmində heç də müsbət reputasiya yarada bilməyib.

Belə ki, dövri mətbuatda Ehtiram Xəlilovun DGK-nın “qara kassa”sı olduğu ilə bağlı iddialar mövcuddur. Bundan əlavə, saxlanılan generalın Aksiz Gömrük Baş İdarəsinə rəhbərlik etdiyi dövrlərdəki fəaliyyəti ilə bağlı şübhəli məqamlar daha çoxdur. Qeyd olunur ki, aksizsiz malları ölkəyə gətirən şəbəkəyə müvafiq dövrdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi general mayor Ehtiram Xəlilov rəhbərlik edib.

Onun hətta özünəməxsus “TIR”larının olduğu və həmin nəqliyyat vasitələrinin heç bir maneə ilə üzləşmədən aksizsiz malları gömrük-keçid məntəqələrindən keçirdiyi məlumatlar arasındadır.

Yerli KİV-lərin məlumatına görə, Ehtiram Xəlilovun bu cür fəaliyyətləri sayəsində böyük maliyyə resursları yaranıb. İddia edilir ki, saxlanılan idarə rəisi hələ Sumqayıtda işləyərkən Göyçayın Çərəkə kəndində bir neçə hektar ərazini alaraq, orada özünə böyük obyekt tikib. Bəzi məlumatlara görə, həmin torpaq sahəsi kənd sakinlərindən birinə məxsus olub. Lakin tərəflər satışla bağlı qiymətlər məsələsində razılığa gələ bilməyiblər. Bundan sonra isə generalın rütbəsi və vəzifəsindən sui-istifadə edərək, zorla həmin torpaq sahəni ələ keçirdiyi deyilir.  Qeyd olunan torpaq sahəsi isə "Çərəkə Turizm Mərkəzi"nin yerləşdiyi ərazidir. Hazırda da obyektə faktiki rəhbərlik edən Ehtiram Xəlilovun qudasıdır.

Bundan başqa, generalla bağlı bir digər informasiyada isə qeyd olunub ki, general bir vaxtlar orta məktəb müəllimi olmuş atası Səyyaf Xəlilovun adını Göyçayın mərkəzində bir küçəyə qoydurmağa da nail olub. Ən maraqlı məqamlardan biri isə onun atasının məzarı üzərində hər gecə fəxri qaravulun dayanmasıdır.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya