Gömrük Komitəsinin 53 min dollar mənimsəyən müstəntiqi ilə bağlı QƏRAR

2022-12-24 14:28:00

Gömrük Komitəsinin 53 min dollar mənimsəyən müstəntiqi ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi Nicat Qasımovun barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Hurriyyet.az bildirir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona şərti cəza verilib.

İttihama görə, Nicat Qasımovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham elan olunub.

Cinayət işi üzrə Dövlət Gömrük Komitəsi zərərçəkmiş qismimdə tanınıb.

Bundan başqa, digər zərərçəkmiş Gürcüstan vətəndaşı Jaba Jibgaşvili tanınıb.

Qaçaqmalçılıqda ittiham olunan Gürcüstan vətəndaşının sərhəddən keçərkən üstündə tapılan 53 min dolların DGK-nın depozit hesabına qoyulub, Nicat Qasımov isə həmin pulu götürərək mənimsəyib.

Qeyd: Jibgaşvili başqa icraatda təqsirləndirilən şəxs qismində mühakimə olunub və 5 il müddətinə azadlıqdan mərhum edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.313504