Gömrük Komitəsində yüksək vəzifəyə təyinat
2023-08-29 13:06:37

Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinə yeni rəis təyin edilib.
Hurriyyet.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə gömrük xidməti polkovnik-leytenantı Vüqar Əsgərov İnsan Resursları İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, bu vəzifəyə qədər Vüqar Vaqif oğlu Əsgərov İnsan Resursları İdarəsinin rəis müavini olub və rəis vəzifəsini müvəqqəti icra edib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya