Gömrük Komitəsi məktəblilər üçün parçaları sərhəddən buraxdı? - “Dünən gecə...”

2022-08-31 15:31:00

Gömrük Komitəsi məktəblilər üçün parçaları sərhəddən buraxdı? - “Dünən gecə...”

Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin qərarı ilə 2022-2023-cü tədris ilində yeni məktəbli formaları təsdiq edilib.

Bu il ibtidai sinif şagirdlərinin mütləq şəkildə istifadə edəcəkləri vahid formaları Bakı Tikiş Evi hazırlayır. Lakin dünən Bakı Tikiş Evinin yaydığı məlumata görə, formaların tikilməsində istifadə olunan parçalar Rusiya ilə sərhəddə qalıb, bu da onların işini ləngidib. Məktəblərin açılışına isə cəmi iki həftə qalıb.

Hurriyyet.az-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, dünən gecə mallar artıq sərhədi keçib:

“Məktəbli formaları üçün sifariş edilən parçalar dünən gecə sərhədi keçib. Bu gün gömrükdən çıxarırıq, sabahdan köynəklərin satışında problem olmayacaq”.

Onun sözlərinə görə, ləngimə təkcə köynəklərin tikilişində yaranıb:

“Lazım olduqca sifariş verilir, gətirilir. Birdən-birə hamısını alıb gətirə bilmirik. Sifariş verdiyimiz ölkədə istehsal olduqca göndərirlər. Bu dəqiqə problemimiz yoxdur. Ətək və şalvarlar istənilən qədər var. Köynəklərdə geriləmə vardı, sərhəddə maşın yubandı, onunla əlaqədar bütün ölçülər olmadı. Kiçik ölçülər vardı, bu gündən hamısı bərpa olacaq”.

Parçaları Belarus, Türkiyə və Özbəkistandan sifariş olunduğunu deyən Etibar Əzimov iki rəng geyim tikdiklərini deyib:

“Qərarda dörd rəng üzrə forma tikilməsi təklif olunub. Amma biz iki rəngdən istifadə edirik. Bunlar mavi köynək, boz ətək, şalvar və ağ köynək, göy şalvar, ətəkdən ibarət geyimlərdir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055881