Saat:17:24
Haqqımızda

Göbələkdən zəhərlənib ölən uşaqlarla bağlı- RƏSMİ AÇIQLAMA

2021-10-20 13:19:00

Göbələkdən zəhərlənib ölən uşaqlarla bağlı- RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Qaxda göbələkdən zəhərlənərək ölən uşaqlarla bağlı açıqlama yayıb.

Hurriyyet.az xəbər verir ki, açıqlamada göbələkdən zəhərlənmiş Qax rayonunun Tasmalı kəndində yaşayan 12 yaşlı Murad və 9 yaşlı İbrahimxəlil Qasımzadənin yerləşdirildikləri xəstəxanada öldüyü bildirilir:

“Oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər. Murad və İ.Qasımzadə orada ölmüş, M.Qasımovun vəziyyəti orta-ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR