Saat:12:15
Haqqımızda

GMO məhsulların insan orqanizminə təsiri və qidalarda rolu

2022-08-13 20:29:00

GMO məhsulların insan orqanizminə təsiri və qidalarda rolu

Nature Microbiology jurnalında yayımlanan araşdırmaya görə,genlərimizin demək olar ki hamısı yediyimiz qidalardan təsirlənə bilirlər.Bədənin bəzi fundamental proseslərini modelləşdirmək üçün istifadə olunan maya üzərində aparılan tədqiqatlar, genlərimizin fəaliyyətinin maddələr mübadiləmizə təsir edərkən ,bunun əksinin də mümkün olduğunu və hüceyrələr üçün mövcud olan qidaların da genlərimizə təsir etdiyini göstərir.

Bir çox hallarda təsirlər o qədər güclü olur ki, hüceyrələrin metabolik profilinin dəyişdirilməsi onun bəzi genlərinin təmamilə fərqli şəkildə davranmasına səbəb olur.Genlərin fəaliyyəti və maddələr mübadiləsi kimi bilinən, hüceyrələri qorumaq üçün lazım olan kimyəvi reaksiyaların birləşməsi ilə müəyyən edilir.Metobolizma iki istiqamətdə hərəkət edir.
1. Bədəni enerji ilə təmin etmək üçün molekulların parçalanması
2. Hüceyrələrə lazım olan bütün birləşmələrin istehsalı.

Genlər DNT nin digər genləri , bölgələri və ya epigenetik modifikasiyalar , genləri aktiv etmək, söndürmək üçün açar rolunu oynayan DNT yə birləşdirilmiş kiçik molekullar tərəfindən tənzimlənə bilir.
Əvvəlki tədqiqatlar gen tənzimlənməsində başqa bir şeyin mövcud ola biləcəyini irəli sürdü. :Metabolik şəbəkə – orqanizmdə baş verən biokimyəvi reaksiyalar. Bu reaksiyalar əsasən hüceyrədə mövcud olan qida maddələrindən – yediyimiz qidadan alınan şəkərlərdən, amin turşularından, yağ turşularından və vitaminlərdən asılıdır.

Bunun baş vermə miqyasını araşdırmaq üçün Kembric Universitetində və Londondakı Francis Crick İnstitutunda Dr Markus Ralserin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu, hüceyrənin ən əsas funksionallığında maddələr mübadiləsinin rolunu araşdırdılar. Bunu maya hüceyrələrindən istifadə edərək etdilər. Maya böyük miqyaslı təcrübələr üçün ideal model orqanizmdir, onun manipulyasiyası heyvan modellərinə nisbətən daha asandır, lakin onun bir çox mühüm genləri və əsas hüceyrə mexanizmləri heyvanlarda və insanlarda olanlarla eyni və ya çox oxşardır.

Tədqiqatçılar maya hüceyrələrində mühüm metabolitlərin – metabolik reaksiyaların məhsullarının səviyyələrini manipulyasiya etdilər və bunun genlərin və onların istehsal etdikləri molekulların davranışına necə təsir etdiyini araşdırdılar. Demək olar ki, on gendən doqquzu və onların məhsulları hüceyrə metabolizmindəki dəyişikliklərdən təsirləndi.

Dr. Ralser izah edir : Hüceyrə metabolizması hüceyrələrdə ,əvvələr düşündüyümüzdən daha dinamik rol oynayır. Hüceyrənin demək olar ki, bütün genləri onların əldə edə bildikləri qida maddələrindəki dəyişikliklərdən təsirlənir. Əslində bir çox hallarda təsirlər o qədər güclü olur ki, hüceyrənin metabolik profilinin dəyişdirilməsi onun bəzi genlərinin təmamilə fərqli şəkildə davranmasına səbəb olurdu.

“Klassik baxış ondan ibarətdir ki, genlər qida maddələrinin mühüm molekullara necə parçalandığını idarə edir, lakin biz bunun əksinin də doğru olduğunu göstərdik: qida maddələrinin necə parçalanması genlərimizin davranışına təsir edir.”

Tədqiqatçılar hesab edirlər ki, nəticələr bizim müəyyən dərmanlara necə reaksiya verdiyimiz də daxil olmaqla geniş təsirə malik ola bilər. Xərçənglərdə (məsələn) şiş hüceyrələri, hüceyrə daxilində metabolik şəbəkəni dəyişdirən çoxlu genetik mutasiyalar inkişaf etdirir. Buda öz növbəsində genlərin davranışına təsir göstərə bilər və bəzi dərmanların bəzi insanlar da işə yaramamasını izah edə bilər.
Araşdırmalarımızin digər mühüm cəhəti alimlər üçün praktikdir deyə , Dr. Ralser izah edir. Bioloji təcrübələr çox vaxt laboratoriyalar arasında təkrarlana bilmir və biz çox vaxt bunun üçün səriştəsiz tədqiqatçıları günahlandırırıq. Görünən odur ki, kiçik metabolik fərqlər təcrübələrin nəticələrini dəyişə bilər. Metabolizmdəki fərqləri daha yaxşı idarə edən yeni laboratoriya prosedurları yaratmalıyıq. Bu bizə daha yaxşı və daha etibarlı təcrübələr hazırlamağa kömək edəcək.

 

Ədəbiyyat : Alam,MT.ET.AL. Metabolic Fon Saccharomyces- GEN ifadə epistazında qlobal oyunçudur. Təbiət Mikrobiologiyası : 1 fevral DO1:10.1038/NMİCROBİOL.2005.30
Reference : Alam ,MT et al . The Metabolic background is a global player in Saccharomyces-gene expression epistasis. Nature Microbiology: 1 Feb.DO1:101038/NMicrobiol.
Nature Microbiology Jurnalının llSN Elektron beynəlxalq seriya nömrəsi (ElSSN) 2058 -5276

 

Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov

Mənbə: Qidaelmi.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR