Saat:03:49
Haqqımızda

Gimnaziyanın direktoru nöqsanlara görə işdən çıxarıldı

2025-05-20 11:52:01

Gimnaziyanın direktoru nöqsanlara görə işdən çıxarıldı

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən aparılmış yoxlama zamanı Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi" qəzetinə məlumat verilib.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 19 may 2025-ci il tarixli müvafiq əmrinə əsasən, müəssisənin direktoru Babayeva Taliə Akif qızının əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən tabeliyində olan təhsil müəssisələrində yoxlama və nəzarət tədbirləri davam etdiriləcək, aşkar ediləcək nöqsanlara görə isə aidiyyəti şəxslər barəsində müvafiq intizam tədbirləri görüləcək.

Oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.174450