GESCO şirkətinin əməkdaşları rəhbərlikdən narazıdır - MAAŞ AZDIR, İŞ QRAFİKİ İSƏ…

2022-12-16 12:07:00

GESCO şirkətinin əməkdaşları rəhbərlikdən narazıdır - MAAŞ AZDIR, İŞ QRAFİKİ İSƏ…

GESCO şirkətinin bir neçə işçisi tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Şikayətçilər çalışdıqları şirkətin işçilərə az əmək haqqı verməsindan və iş qrafikindən narazıdırlar.

Onlar iddia edirlər ki, iş saatlarından artıq işlədikləri halda, əmək haqqını az alırlar. Deyirlər ki, bununla bağlı GESCO şirkətinin rəhbərliyinə müraciət etdikdə, onlara açıq şəkildə “bəyənmirsinizsə, sizi məcbur saxlamırıq, bizdə iş qrafiki belədir”, - cavabını alıblar.

Qeyd edək ki, 26 may 2005-ci il tarixində təsis edilən GESCO, Bakı şəhəri də daxil olmaqla Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühfizə xidmətini ISO 9001, ISO 14001, ISO 45001 keyfiyyət standartlarının tələblərinə uyğun həyata keçirir.

GESCO, mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və 2400-dən artıq güvənilən və öz işinin peşəkarı olan heyətlə müxtəlif sahələri təmsil edən 160-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir.

Ən müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edən GESCO, beynəlxalq təcrübə və keyfiyyət standartları ilə yerli, peşəkar xidməti birləşdirir.

Jalə FAMİLQIZI,

Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149981