Saat:09:42
Haqqımızda

“Geridə heç nə yoxdur, xatirələr həmişə acıdır” – İqbal Ağazadə

2021-09-18 09:49:00

“Geridə heç nə yoxdur, xatirələr həmişə acıdır” – İqbal Ağazadə

Bu gün Ümid Partiyasının sədri İqbal Ağazadən 53 yaşı tamam olur.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı “Yeni Sabah” partiya sədrindən qısa müsahibə alıb:

- İqbal bəy, öncə sizi doğum gününüz münasibəti ilə təbrik edirəm. Sizcə insan həyatında doğum günü digər günlərdən nə ilə fərqlənir?

- Doğum günü tarixi müəyyənləşdirmək insanın özündən asılı deyil. Biz Allahın rizası ilə dünyaya gəlirik və həmin tarix bizim doğum günümüz kimi yazılır. Doğum günü sadəcə insanın yaşının üstünə yaş gətirir.

Bəxtiyar Vahabzadənin bir şeiri var deyir ki:

“Bu gün sənin ad gününmü?

Xeyr, bu gün doğulduğun gündür”.

Doğulduğun gündən təvəllüdün hesablanır. Hesab  edirəm ki, insanın doğuluşu dərk etmədən başlayır. İnsan, sevgisini izhar edən zaman, (söhbət cinslərə və ya əkscinslərə qarşı sevgidən getmir), ümumiyyətlə insan dərk edən zaman sevə bilir.

- Doğum gününüzü fərqli şəkildə qeyd etməyi düşünürsünüz?

- Fərqli şəkildə qeyd etməyəcəm. Əvvəla, onu qeyd edim ki hələ şəhidlərimizin ili çıxmayıb. Şəhidlərin ili çıxsın, müharibənin ağrı acısını, zaman-zaman yaralarımızı sara bilək.

Sıradan bir gündür mənim üçün.

- Çox insan doğum günündə özü-özünə hesabat verir, həyatınızda hesabatını vermədiyiniz məqamlar varmı?

- Mən hər günüm, saatım, dəqiqəmlə bağlı özümə hesabat verirəm. Düşünürəm ki, hesabatlı və məsuliyyətli həyat yaşayıram.

- Geri boylanmağı sevirsinizmi, ötən günlərinizdə nələri qoyub gəlmisiniz?

- Geriyə baxmağı heç sevmirəm. Hər zaman yarı ciddi, yarı zarafat qeyd edirəm ki, geridə bizi nə isə gözləmiş olsa idi, Allah gözümüzün birini arxada qoyardı. Gözümüzün ikisini də öndə qoyubsa, hətta boynumuzu  180 dərəcə fırladıb geriyə baxa bilmiriksə, demək ki, geridə heç nə yoxdur. Hər şey irəlidədir.

Geriyə baxdığımız zaman xoş xatirələr və ən pis xatirələr də acı verir, sevindirmir. Xatirələr həmişə acıdır. Bu səbəbdən həmişə irəliyə baxıram, geridə etdiklərim üçün peşman deyiləm..

- Tələbə olduğunuz zaman Qarabağ üçün mübarizə aparmısınız. Qarabağın işğaldan azad olunmaısı sizdə hansı nostalji hislər yaratdı?

- Həmin illər nostalji deyil, mənim bütövlükdə həyatımın mənası idi. Hər zaman bütün savaşım Qarabağ üçün olub. Bu səbəbdən mənim üçün ondan böyük heç nə yoxdur. Qarabağın azad olunması bizim milləti dizüstdən ayağa qaldırdı. Qalibiyyət insanda fərqli şeylər formalaşdırır, yeni keyfiyyətlər üzə çıxarır. Bu qalibiyyətdən sonra millət olaraq formalaşmağımızın yeni mərəhələsini yaşayırıq. Biz bununla qürur duymalıyıq.

- Əgər şansınız olsa, Allahdan neçə il ömür istəyərdiniz?

- Vahid Əzizin dediyi kimi: “Mən uzun ömür yaşamaq istəmirəm”. İstəyirəm ki, insanlar məni yaxşı xatırlasınlar. Ölümümdən sonra da insanların yaddaşında yaxşı qalım. Məni rəhmətlə və hörmətlə yad etsinlər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR