Geri dön, Rəvanə müəllimə! - ÇAĞIRIŞ

2022-08-10 10:53:00

Geri dön, Rəvanə müəllimə! - ÇAĞIRIŞ

Xaçmaz rayonu,Çaykənarı kəndinin müəllim işləyən Rəvanə Asiman məktəbdə qanunsuz halların olması, şagirdlərə dərman paylanılması, işlədiyi dövrdə haqsızlıqlarla üzləşməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.O paylaşımında bu səbəblərdən ərizə yazaraq 2 il çalışdığı məktəbdən ayrıldığını bildirib.R.Asiman qeyd edib ki, şagirdlərə narkotik tərkibli dərmanlar paylanıb və bu,məktəb rəhbərliyini heç narahat etməyib.

Gənc müəllim bu məsələlərlə əlaqədar aidiyyəti dövlət orqanlarına, o cümlədən Təhsil Şöbəsinə şikayət etsə də, nəticəsiz qalıb: “On dəfəyə yaxın Təhsil Nazirliyi və Təhsil Şöbəsinə yazılı və şifahi şikayətimi bildirdim. Demək olar ki, hamısı nəticəsiz qalırdı. Təhsil Nazirliyinə göndərdiyim ərizə çap şəklində çıxarılıb məktəbə gətirildi və son nəticədə mən xəbərçi oldum, yoxlama belə nəticəyə gəldi ki,“məktəb ailədir, ailənin sirri kənara çıxmaz”.

Hurriyyet.az xəbər verir ki, təhsil eksperti Elşən Ramizoğlu sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışıb:

“Həmin məktəbin direktoru ora müddətsiz müqavilə ilə deyil, müddətli müqavilə ilə təyin olunub .Bu, bir çox müəllimlərimizi narahat edən məsələlərdən biridir.Artıq bilirisiniz ki, müəllimlər şəffaf yolla,imtahan vasitəsi ilə işə qəbul olunurlar. Təbii ki, bu zaman da məktəblərə gedərkən rüşvət, dərs saatlarının kəsilməsi kimi bir çox xoşagəlməz hallarla qarşılaşırlar. Bunu görən müəllimlər etiraz edirlər. Ancaq bir müəllim başqa bir mühitə düşüb, orda etiraz etdikdə həmin yerdə bu heç də xoş qarşılanmır. Belə olduqda etiraz edən müəllim tək qalır, kollektivdən çox az adam ona dəstək verir. O haqlı olsa da, haqsız duruma düşür. Xaçmaz rayonundan olan müəllim də haqlı olaraq etdiyi etirazda tək qalıb. Onun dediyi bir çox fakt rəsmi şəkildə təsdiqini tapdı. Əgər təsdiqini tapan hallar olubsa, deməli, burda qeyri-şəffaf bir mühit var. Həmin müəllim də haqlı olaraq etiraz edib”.

Ekpert diqqətə çatdırıb ki,Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən məsələ araşdırılıb. Sözügedən məktəbin direktoru və müavini işdən çıxarılıb:

“Quba-Xaçmaz Regional Təhsil İdarəsi müsbət işlər görən regional təhsil idarələrindən biridir. Həmin müəllim elə regional təhsil idarələri ilə rastlaşardı ki, bircə fakt belə təsdiqini tapmazdı. Burda isə belə olmayıb”.
Müəllimin ərizəsini yazıb işdən çıxması məsələsinə gəlincə, isə təhsil eksperti elə hesab edir ki, Rəvanə müəllim işinə qayıtsa, daha yaxşı olar:
“O, ən azından həmin məktəbdə baş verən qeyri-qanuni hallara qarşı başlatdığı mübarizəsini yenidən davam etdirər,bununla da cəmiyyətə daha çox xeyir vermiş olar”.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060025