Saat:19:51
Haqqımızda

Gərginlik PİK HƏDDƏ: Pakistan hava məkanını BAĞLADI

2025-04-24 16:45:03

Gərginlik PİK HƏDDƏ: Pakistan hava məkanını BAĞLADI

Pakistan Hindistanla sərhəddə yerləşən "Vaqah" nəzarət-buraxılış məntəqəsini, eləcə də Hindistan və hindistanlılara məxsus aviaşirkətlər üçün ölkənin hava məkanını bağlayır.

Hurriyyet.az xəbər verir ki, bu qərar Pakistanın Milli Təhlükəsizlik Şurasının iclasının nəticəsi olaraq qəbul edilib.

İclas Nyu-Dehlinin mübahisəli Cammu və Kəşmir bölgəsinin Hindistana aid hissəsində baş verən terror aktına reaksiyası ilə bağlı keçirilib.

Baş nazirin katibliyinin mətbuat xidmətinin iclasdan sonra yaydığı məlumatda deyilir:

"Pakistan "Vagah" keçid məntəqəsini dərhal bağlayacaq. Bu marşrutla Hindistandan həyata keçirilən bütün transsərhəd tranzitlər istisnasız olaraq dayandırılacaq. Etibarlı icazəsi olan və sərhədi keçmiş şəxslər bu məntəqədən yalnız 30 aprel tarixinədək geri qayıda bilərlər. Pakistanın hava məkanı isə dərhal qüvvəyə minməklə Hindistan və ya hindistanlılar tərəfindən idarə olunan bütün aviaşirkətlər üçün bağlanır".

Musavat.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.180879