Gerçək İrəvanın üzə çıxması qorxusu sələfləri kimi Paşinyanı da vəlvələyə saldı

2023-01-10 10:42:00

Gerçək İrəvanın üzə çıxması qorxusu sələfləri kimi Paşinyanı da vəlvələyə saldı

İki il əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Facebook səhifəsində İrəvanın Respublika meydanında köhnə şəhər təməlində yeni muzeyin peyda olacağını bildirmişdi.
"Bu il Respublika meydanının altındakı Köhnə İrəvanın tarixi zolağının açılması və onun muzey bölməsinə çevrilməsi üzrə işlərə başlanılacaq. Nəticədə Respublika meydanı daha mənzərəli məkana çevriləcək", deyə Nikol Paşinyan həmin vaxt yazmışdı.
Əslində köhnə şəhərin ilk xarabalıqları hələ 2003-cü ildə aşkar edilib. Amma Ermənistanın o vaxtkı rəhbərliyi qazıntıların davam etdirilməsinin təhlükəsini anlayırdı. Çünki, bu, erməni tarixi ilə heç bir əlaqəsi olmayan köhnə İrəvanın üzə çıxmasına gətirib çıxara bilər. Sonra, səssizcə və çox səs-küy salmadan üzə çıxan hər şey yenidən yerin altında gizlədildi.
Ortada hələ də muzey yoxdur. Görünür, Paşinyanın İrəvanın mərkəzində arxeoloji işləri davam etdirməyə cəsarəti çatmayıb, yaxud o da öz sələfləri kimi qədim İrəvan şəhərinin əsl gerçək tarixini kənar və çaşqın baxışlardan “daha da dərinə gömməyə” çalışır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.160389