Gerasimov: NATO-nun Finlandiya və İsveç hesabına genişlənməsi Rusiya üçün təhlükədir

2023-01-24 13:04:00

Gerasimov: NATO-nun Finlandiya və İsveç hesabına genişlənməsi Rusiya üçün təhlükədir

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, NATO-nun İsveç və Finlandiyanın alyansa daxil olması ilə genişlənməsi Rusiya Federasiyası üçün birbaşa təhlükə yaradır.
Gerasimov qeyd edib ki, Skandinaviya ölkələrinin Şimali Atlantika Alyansına daxil olması təhlükəsini neytrallaşdırmaq üçün ölkənin ali rəhbərliyi silahlı qüvvələrin qarşısına ordunun qurulması və inkişafı planına düzəlişlər etmək vəzifəsi qoyub.
Xüsusilə, Moskva və Leninqrad hərbi dairələrinin yaradılması nəzərdə tutulur. Gerasimov bildirib ki, bundan əlavə, artıq Zaporojye və Xerson vilayətlərinin ərazisində yerləşən üç motoatıcı diviziyası yaradılıb. Kareliyada da əlavə ordu korpusu yaradılır.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.200729