Saat:19:32
Haqqımızda

GEOSOYASİ DƏYİŞİKLƏRƏ HAZIR OLMALIYIQ... - Qəvami Sadıqbəyli yazır

2025-03-17 10:11:14

GEOSOYASİ DƏYİŞİKLƏRƏ HAZIR OLMALIYIQ... - Qəvami Sadıqbəyli yazır

İnsan cəmiyyəti formalaşdığı zamandan başlayaraq, ailələr, tayfalar və xalqlar arasında maddi resursların bölüşdürülməsi üstündə hər zaman mübahisələr olmuşdur. Beynəlxalq münasibətlərdə aktiv silahlı münaqişənin sona çatdığı, lakin heç bir rəsmi sülh müqaviləsinin olmadığı mübahisələrə - dondurulmuş münaqişə deyilir. Dondurulmuş  münaqişələr  hüquqi baxımdan rəsmi sülh müqaviləsi ilə  öz həllini tapmayana qədər  hər an yenidən mügaribəyə çevrilə bilər.
Yaşadığımız  dövrdə də  dövlətlər və  xalqlar arasında  daha çox ərazi əldə etmək uğrunda çoxsaylı münaqişələr mövcuddur. Bu münaqişələrin davam etmə müddəti  geosiysi şəraitə görə  müxtəlif olur.
Məsələn, Çin ilə Tayvan arasında münaqişə 70 ildən çoxdur ki, davam etməkdədir.
Dnestryanı, Krım, Abxaziya, Cənubi Osetiya ,  Donbas , Şimali Kipr,  Kosovo , Fələstin , Kəşmir 
və bu kimi  tam həllini tapmamış  münaqişələr dondurulmuş  münaqişələrə  aiddir.
2023 -cü il sentyabrın 20-ə kimi  Dağlıq Qarabağ da  dondurulmuş münaqişələr sırasında idi.
Ukrayna-Rusiya müharibəsinin uzanması və xüsusiylə  ABŞ-da Donld Trampın yenidən hakimiyyətə qayıtmasından sonra dünyada qlobal  geosiyasi dəyişiliklər prosesi gedir.
Beynəlxalq hüquq  baxımından Qarabağ  problemi  tarixi ədalət əsasında  öz həllini tapmış yeganə münaqişədir.
Müşahidələr  göstərir ki, yaxın zamanlarda  dünyada və reğionumuzda hər an geosiyası dəyişikliklər baş verə bilər.
Biz  Azərbaycanlılar  xarici güclər tərəfindən bizə sırınmış qondarma "Dağlıq Qarabağ" problemini 30 il müddətində  yaşamış xalq kimi belə  münaqişələrin törətdiyi acıları və fəsadları yaxşı bilirik. Bu reallıqları bildiyimiz üçün Vətənimizi, Xalqımızı və Dövlətimizi  ətrafımızda baş verən böhranlardan  qorumağa çalışmalıyıq.
Təəssüf ki, xarici güclər, xüsusiylə  Rusiya  və Fransa tərəfindən  yürüdülən  imperialist  niyyətli siyasət  nəticəsində  Cənubi Qafqaz  on illiklər boyu  qarşıdurma və düşmənçilik bölgəsi olub.
 Hazırda nisbətən sakit dövrdəyik .
 Lakin rəsmi və beynəlxalq  hüquqi əsaslarla   sülh müqaviləsi  imzalanmayana kimi  yeni müharibənin  başlanması istisna deyil. Biz hər an baş verə biləcək geosiyasi dəyişiklərə hazır olmalıyıq.
Əhatəli və hərtərəfli  təhlükəsizlik mexanizmləri yaratmalı və  bütün  qonşularla  dinc və sülh  şəraitində yaşamağa çalışmalıyıq.

Qəvami SADIQBƏYLİ

16  mart 2025 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.178268