Saat:18:10
Haqqımızda

Geomaqnit qasırğası XƏBƏRDARLIĞI - “Bu şəxslərə təsir edəcək”

2024-09-09 13:49:40

Geomaqnit qasırğası XƏBƏRDARLIĞI - “Bu şəxslərə təsir edəcək”

Xəbər verdiyimiz kimi, sentyabrın 10-11-də Yer kürəsini nəzərəçarpacaq geomaqnit qasırğası bürüyəcək. Belə ki, 10 sentyabr, saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək, həmin gecə və sentyabrın 11-də səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək.

Geomaqnit qasırğası daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək.

Nevroloq Rəna Abbasova Hurriyyet.az-a  açıqlamasında müşahidə olunan maqnit qasırğası və onun təsirləri haqqında  insanlara bir sıra məsləhətlər verib:

“Maqnit qasırğaları ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda, yüksək təzyiq və şəkərli diabet xəstələrində öz təsirini ciddi şəkildə göstərir.  Maqnit qasırğası dövründə insanlarda  kəskin başgicəllənməsi və başağrısı olarsa, buna xüsusi diqqət yetirilməlidir. Bu səbəbdən, həmin insanlara məsləhət görürük ki, ehtiyac olmadıqda açıq havaya çıxmasınlar və daha çox qapalı, sərin məkanlarda vaxt keçirsinlər.

Bundan əlavə, bu cür xəstəliyi olanlar dərmanlarını mütəmadi olaraq qəbul etməli, şəkər və təzyiqlərini normada saxlamalı, əks-göstəriş olmadığı təqdirdə 2 litr maye qəbul etməlidirlər. Bu dönəmdə təzyiq və şəkərləri yüksələrsə, həkimə müraciət etmələri mütləqdir”. 

Nevroloq bildirib ki, maqnit qasırğaları heç bir xroniki xəstəliyi olmayan, səhhəti normal olan insanlara da təsir göstərir:

“Həmin şəxslər bu dövrdə ciddi bir problem yaşamasa da, bu adamlarda da yüksək təzyiq müşahidə edilir. Həmçinin, sağlam insanlarda əzginlik, yorğunluq, gün ərzində yuxululuğun artması, baş ağrıları özünü göstərə bilər. Maqnit qasırğası baş verdikdə, işığa, yüksək səsə qarşı həssaslığın artması, oynaqlarda ağrılar, əsəbilik, əhvalın səbəbsiz pozulması kimi hallar yaranır”.

Həkim qeyd edir ki, belə hallar baş verdikdə, xüsusi avadanlıqlarla işləməyi minumuma endirmək, avtomobildən istifadəni azaltmaq, artıq diqqət tələb edən işlərdən çəkinmək tövsiyə olunur.

Aynurə İSMAYIL

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.585576