Saat:05:28
Haqqımızda

Generallar vəzifəsindən azad edildi-Son Məlumat

2024-07-04 19:30:25

Generallar vəzifəsindən azad edildi-Son Məlumat

Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov vəzifələrindən azad ediliblər.

Hurriyyet.az bildirir ki, XALQ.AZ-ın məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Generallar Ağayev və Eminov ehtiyata buraxılıblar.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz arzuları ilə ehtiyata buraxılıblar.

“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant rütbəsi verilmişdi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000263