Generalla birgə həbs edilən Ramil Əhmədov kimdir?

2022-09-06 15:44:00

Generalla birgə həbs edilən Ramil Əhmədov kimdir?

Xəbər verdiyimiz kimi, "Tərtər işi" ilə bağlı yeni həbslər olub və həbs edilənlər arasında general-mayor Bəkir Orucovla birgə Ramil Əhmədov adlı şəxs də var.

Hurriyyet.az xəbər verir ki, Ramil Əhmədov 2017-ci ildə baş verən hadisələr zamanı Tərtərdə yerləşən N saylı hərbi hissədə çalışıb. Son olaraq isə o, hərbi hissənin şəxsi heyətlə iş üzrə bölmə rəisinin köməkçisi kimi fəaliyyət göstərib.

Həmçinin Ramil Əhmədov Tərtər hadisələri ərəfəsində yetkinlik yaşına çatmayan şəxsləri qanunsuz azadlıqdan məhrum edib, xidməti vəzifələrini yerinə yetirən zaman vəzifəli şəxsin təhriki ilə işgəncə verib, silah tətbiq edərək ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşıb. Bu əməllərə görə, R.Əhmədov barəsində Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri ilə cinayət işi başlanaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, “Tərtər işi” ilə bağlı yeni həbs olunanlar arasında Naxçıvanski adına hərbi liseyin keçmiş rəhbəri, general-mayor Bəkir Orucov və Müdafiə Nazirliyinin 2-ci təhqiqat bölməsinin rəis müavini, ikinci korpus komandirinin hüquq işləri üzrə köməkçisi Rahib Məmmədov da var.(Qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061452