Generalın yerinə polkovnik təyin edildi
2022-01-18 11:17:00
Daxili İşlər Nazirliyinin Katibliyinə yeni rəis təyin edilib.
Hurriyyet.az xəbər verir ki, müvafiq əmrlə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə bu vəzifəyə təyinat alıb.39 yaşlı N.Məmmədzadə ən gənc polkovniklərdəndir. Üç il əvvəl rəis müavini postuna gətirilən polkovnik bundan öncə isə Təşkilati-İnspeksiya İdarəsində şöbə rəisi olub.
2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə N.Məmmədzadə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qeyd edək ki, Katibliyin əvvəlki rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.