General Rövşən Əkbərovun SƏHHƏTİ PİSLƏŞDİ - Müalicə müəssisəsinə YERLƏŞDİRİLDİ

2022-06-02 17:31:00

General Rövşən Əkbərovun SƏHHƏTİ PİSLƏŞDİ - Müalicə müəssisəsinə YERLƏŞDİRİLDİ

Qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun səhhətində problem yaranıb.

Hurriyyet.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, sabiq birlik komandiri hazırda Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur.

Ədliyyə Nazirliyinin Tibb xidmətindən bildirilib ki, Rövşən Əkbərov xroniki xəstəlikləri olduğu üçün müalicə müəssisəsində həkim nəzarətində saxlanılır:

“Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya