Saat:02:15
Haqqımızda

“General, polkovnik rütbələrini kimə gəldi paylayırlar” - Açıqlama

2022-08-19 10:06:00

“General, polkovnik rütbələrini kimə gəldi paylayırlar” - Açıqlama

“Fövqəladə Hallar Nazirliyi də Dövlət Gömrük Komitəsi kimi süni generallarla, polkovniklərlə doludur”. 

Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Zöhrab İsmayıl bildirib. Bu haqda fikirlərini paylaşan ekspert qeyd edib ki, FHN özü süni nazirlikdir:

“İş yox, güc yox, pul yığıb macəralar yaşayıb videolara çəkirlər. Hanı, bəs Türkiyə modeli qururdunuz? Türkiyədə Fövqəladə Hallar Nazirliyi var?

General, polkovnik rütbələrini kimə gəldi paylayırlar. Sonra da onların əlində qalırlar. Generallar, polkovniklər Orduda olar, bir də məhdud sayda təhlükəsizlik qurumlarında. Yanğınsöndürən, xilasedici, gömrükçü kimi qurumlarda rəhbər vəzifələrdə sadəcə “məmurlar” ola bilər. 

Polisdə isə yenə də məmur olar, rəis olar, komissar olar, baş komissar olar. Bu ölkə bəs nə zaman keçmiş sovet modelindən qurtarıb sözün əsl mənasında müstəqil olacaq?”.

Z. İsmayıl bir sıra təkliflər də irəli sürüb:

1. Dövlət Gömrük Komitəsini ləğv edilib vergi xidməti ilə birləşdirmək lazımdır.

2. Fövqəladə Hallar Nazirliyini ləğv edib, köklü ixtisardan sonra qurumlarını Daxili İşlər Nazirliyi və icra hakimiyyətlərinə (çünki bizdə meriya institutu yoxdur) birləşdirmək lazımdır.

3. Dövlət Sərhəd Xidməti də ləğv edilməlidir, Onun hərbiləşmiş hissəsi Silhalı Qüvvələrimizə birləşdirilməli, hava və dəniz limanlarında, gömrük keçid məntəqələrində pasport nəzarətini isə yenə DİN-in nəzarətində olacaq sərhəd polisi həyata keçirə bilər. Xarici ölkələrlə sərhədimizi isə Ordumuz qorumalıdır.

4. Silahlı Qüvvələrimizin çətiri altında mütləq hərbi kəşfiyyat idarəsi də yaranmalıdır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR