General-mayor rütbəsi alan zabitlər kimlərdir? (FOTO/DOSYE)
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçuları polkovnik Fərid Əlibaba oğlu Əliyevə, polkovnik Namiq Süleyman oğlu Bayramova, polkovnik Müşfiq Xıdır oğlu Məmmədova "general-mayor” ali hərbi rütbəsi verilib.
Hurriyyet.az "general-mayor” rütbəsi alan zabitələrin tərcümeyi-halını təqdim edir.
Fərid Əlibaba oğlu Əliyev – Fərid 1987-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan İqtisadiyyat Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsini, 2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.
Əmək fəaliyyətini Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsinin inspektoru vəzifəsində başlamış, 2015-2018-ci ildə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Polkovnik rütbəsinə kimi yüksələn F.Əliyev bu ilin yanvar ayında vəzifəsindən ayrılıb. Elə həmin ay Müdafiə Nazirliyinin maliyyə və audit üzrə yüksək vəzifəyə təyinat alıb. F.Əliyevin atası Əlibaba Əliyev Sabunçu Rayonu İcra hakimiyətinin keçmiş başçısıdır.
Bayramov Namiq Süleyman oğlu - Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda Hava Hücumundan Müdafiə İdarəsində qərargah rəisi vəzifəsində çalışır. Bir sıra orden və medallarla təltif edilib.
Müşfiq Xıdır oğlu Məmmədov - Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşesidir. 2020-ci ildə polkovnik Muşfiq Xıdır oğlu Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib!/Qaynarinfo/