Saat:04:53
Haqqımızda

General-leytenant: Xudafərin körpüsündə gömrük postları qurula bilə - VİDEO

2021-12-07 22:58:00

General-leytenant: Xudafərin körpüsündə gömrük postları qurula bilə - VİDEO

​“Gələcəkdə yeni gömrük postları qurula bilər”.   

Hurriyyet.az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov deyib.

“İşğaldan öncə Cəbrayıl rayonunun Xudafərin körpüsünə yaxın ərazisində gömrük postu fəaliyyət göstərirdi. Təbii ki, müvafiq dövlət orqanlarının qərarı ilə sərhədimizin bərpa olunan istənilən ərazisində məntəqələr qurula bilər.

Təbii ki, bununla bağlı qonşu dövlətlərlə də danışıqlar və müvafiq razılaşmalar nəticəsində yerlərin müəyyən edilməsi, keçid məntəqələrinin harada, hansı nöqtələrdə olması ərazinin relyefinə uyğun müəyyən edilməlidir. Gələcəkdə yeni postların açılışı, yəqin ki, olacaq”, - deyə o qeyd edib. 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR