General-leytenant vəzifəsindən azad edildi - Yeni təyinat (FOTO)
2025-01-11 14:12:31
Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.
Hurriyyet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-leytenant Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanının müavini təyin edilib.