General-leytenant təqaüdə göndərildi
2025-03-11 17:49:40

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov vəzifədən azad edilib.
Hurriyyet.az Ajans.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, 58 yaşlı general-leytenant təqaüdə göndərilib.
