General göstəriş verdi, diplomlarla bağlı araşdırma başladı - İşdən çıxarılanlar var
2022-12-21 16:14:00

Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparılır.
Hurriyyet.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov göstəriş verib.
Artıq ilkin nəticələr də məlum olub. Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütübəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb.
O da aydın olub ki, DGK-nın bəzi rütübəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsa da, həmin ölkələrə getmədən "təhsil” alıblar. Bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunur və bəzinin barəsində isə araşdırma aparılır.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya