General Denikinin memuarlarıənda Qarabağ məsələsi...

Azərbaycanın müstəqilliyinin qatı düşməni olan Denikin də təsdiq edirdi ki, Qarabağ və Zəngəzur Azərbaycanın (1918-1920) RƏSMİ sərhədlərinə daxil idi.
- İngilislərin oyunları
Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, "Könüllü ordunun" komandanı, Anton Denikin öz memuarlarında yazırdı:
"Aprelin sonunda İngiltərə-Türkiyə münasibətlərinin pisləşməsi və Orta Asiyada artan panislam hərəkatı səbəbindən ingilislər taktikalarını dəyişdilər: onların silahlı köməyi ilə iki suveren Tatar respublikası süqut etdi - “Cənub-Qərb” və “Araz”, hansı ki daha sonra ermənilər tərəfindən zəbt edildi. Həmçinin Ermənistan, Azərbaycanın RƏSMİ ƏRAZİSİNDƏ öz suveren hakimiyyətini yayaraq “Andronik Respublikası”nı özünə birləşdirdi.
Beləliklə, aprelin əvvəlində Ermənistan bütün Qars bölgəsini, bütün İrəvanı və Yelizavetpol quberniyasının cənub-qərb hissəsini əhatə edirdi.
Bu hadisələr ermənilərin ingilislərə rəğbətini qaytardı, lakin uzun çəkmədi: ingilislər Qarabağda və Zəngəzurda baş vermiş qanlı hadisələr zamanı erməni xalqına növbəti real dəstəyindən qəti şəkildə imtina etdilər, silahlı yardım etməyəcəklərini bəyan etdilər və “yalnız öz mənəvi səlahiyyətlərindən istifadə edəcək” sözləri, ermənilərin ingilislərə olan inamını və rəğbətini tamamilə sarsıtdı.
Erməni siyasətçiləri isə yavaş-yavaş ümidsiz bir nəticəyə gəldilər ki, “ingilislər Azərbaycan və Gürcüstandan Rusiyaya qarşı bufer yaratmağa və Ermənistanı məhv etməyə çalışırlar ki, sonuncu Rusiya təsirinin Aralıq dənizinə aparan, aparıcı rolunu oynayacaq. ..”.
İstinad: Anton Denikin, "Очерки русской смуты", 1926 г.
Milli Kimlik səhifəsi
Teref.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya