Saat:19:13
Haqqımızda

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – Fotolar

2024-03-27 10:52:09

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – Fotolar

“Gənclik Mall”da autizmli gəncin zorakılığa məruz qaldığı bildirilir.
 

Hurriyyet.az xəbər verir ki, bu barədə “Birgə və sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova özünün sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Kənan adlı gənc bir neçə gün əvvəl “Gənclik Mall”ın sanitar qovşaqlarından birində zorakılığa məruz qalıb:

“Kənan vəhşicəsinə üzünə zərbə alıb və sonradan görənlərin dediyinə görə, tualet tamam qan içindəydi. Səbəbini bilmirik, araşdırılması üçün polisə müraciət etmişik, amma bir polis əməkdaşı bir həftədir hər gün arayıb “bu gün sabah gələcəm” deyib, eyni sualları hər gün soruşur, amma gəlib çıxmayıb hələ də”.

Aytən Eynalova iddia edir ki, “Gənclik Mall”ın mühafizə xidməti hadisənin araşdırılmasına mane olmağa çalışıb:
“Kənanın anasına  deyiblər ki, hadisənin üstünə getməyin, onsuz da tapılan deyil”.


“Gənclik Mall”dan verilən açıqlamada bildirilib ki, aidiyyəti dövlət qurumları ilə çiyin-çiyinə verərək məsələnin həlli üçün hazırdırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı bildirib ki, məsələ araşdırılır:
“Məlumat icraata qəbul edilib. Araşdırılır. Nəticəsi barədə məlumat veriləcək”.

yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR