Gənclər təşkilatının növbəti maarifləndirici tədbiri Xaçmaz rayonunda keçirildi - FOTO
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi mədsədi ilə 2024 cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” adlı tədbirini 26 noyabr 2024- cü il tarixində Xaçmaz rayonunda həyata keçirmişdir.
Hurriyyet.az xəbər verir ki, Xaçmaz Peşə liseyində keçirilən tədbirdə tələbələr, rayon gəncləri və rayon ziyalıları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Xaçmaz rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Yaqut Məsimova açaraq qonaqları salamlayıb və bu mövzunun həmişə aktual olduğunu söyləyib. O qeyd edib ki, etnik qruplar yaşayan rayonlarda bəzən süni şəkildə bu problemi qızışdırırlar. Bu mövzuda rayon gəncləri arasında həmişə maarifləndirici söhbətlər aparılır.
Təşkilatın icraçı drektoru Tələt Qəribov çıxışında bildirib ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb: “Biz həmişə bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərmişik. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir”. O qeyd edib ki, gənclərimiz asudə vaxtlarını dinimizi düzgün təmsil etməyən insanların yanında yox, idman salonlarında, kitabxanalarda keçirsələr daha səmərəli olar.
Təşkilatın eksperti, “Sağlam Həyata doğri “ Ekoloji İctimai Birliyin sədri, kimya elmi üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövzu ətrafında geniş çıxış edib.
Xaçmaz rayon Qobu – Qışlaq məçidinin imamı Vəli Məmmədov deyib ki, bu mövzu çox aktualdır və bir din xadimi kimi daim bizim diqqət mərkəzimizdədir: “Bütün dini ayinlərimizdə gənclərimizə dini düzgün başa düşmələrini tövsüyə edirik”.
Quba - Xaçmaz regional gənclər və idman idarəsinin əməkdaşı Nizami Mustafayev qeyd edib ki, bu mövzu region üçün çox aktualdır və bu kimi tədbirlərimiz mütamadi olaraq keçirilir.
Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abbasov də bildirib ki, mövzu çox aktualdır, həmişə gənclərə bununla bağlı düzgün məlumatlar verilməlidir.
Tədbir çay süfrəsi arxasında iştirakçılarla müzakirədən sonra başa çatmışdır.
Hurriyyet.az