GƏNCLƏR TƏŞKİLATI YENİ LAYİHƏSİNİN İCRASINA BAŞLAYIR
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının memarıdır” adlı layihəsinin icrasına başlayır.
Hurriyyet.az xəbər verir ki, layihə respublikamızın Lənkaran, Masallı, Şabran və Siyəzən rayonlarında icra olunacaq.
Layihənin əsas məqsədi gənc nəslə Azərbaycan dövlətinin keşməkeşli tarixi inkişafında yeni müstəqil Konstitusiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətini çatdırmaqdır.
“Bütün mənalı ömrünü xalqına və dövlətinə xidmətə həsr edən Ulu Öndərin şəxsiyyətinin əzəməti, gördüyü işlərin vacibliyi və böyüklüyü zaman keçdikcə daha da dərindən dərk edirik. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin şəxsiyyətinə, onun ideyalarına qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır. Məhz buna görə Heydər Əliyevin irsini öyrənmək, təbliğ və tətbiq etmək qarşımızda duran vacib və aktuallığını itirməyən mühüm məsələdir”, - deyə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi bəyan edir.
Hurriyyet.az
