Gənclər təşkilatı sonuncu maarifləndirici tədbirini Zaqatala rayonunda keçirdi

2022-04-16 10:17:00

Gənclər təşkilatı sonuncu maarifləndirici tədbirini Zaqatala rayonunda keçirdi

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layihəsinə Zaqatala rayonunda yekun vurmuşdur.

Hurriyyet.az xəbər verir ki, rayonun H. Əliyev Mərkəzində keçirilən tədbirdə Gənclərin  Karyera mərkəzinin  nümayəndələri, İqtisad Universitetinin  Zaqatala filialının tələbələri, Peşə Təhsili məktəbinin şagirdləri  və rayon gəncləri iştirak etmişlər.

Tədbiri H. Əliyev mərkəzinin əməkdaşı Nərmin İbrahimova açaraq iştirakçıları salamlayıb və narkomaniyanın ümumbəşər bir bəla olduğunu qeyd edib. 

Zaqatala RPŞ-nin narkotiklərlə mübarizə qrupunun rəhbəri Fərid Hüseynov narkomaniyanın cəmiyyətimizə gətirdiyi bəlalardan geniş məlumat verib. O qeyd edib ki, narkomanlar təkcə xəstə deyil, eyni zamanda  cinayətə meylli insanlardır, onlarla mübarizə fərdi qaydada yox, cəmiyyət olaraq hamılıqla mübarizə aparılmalıdır. Sonda natiq bu sahədə daha ciddi mübarizə aparılması üçün yeni qanunların nəzərdən keçirildiyini qeyd etdi.                                                                                                                                             

Təşkilatın nümayəndəsi  Tələt Qəribov narkomaiyanın cəmiyyətə gətirdiyi bəlalarıdan geniş danışıb. O deyib ki, ailədaxili cinayətlərin artması, Boşanma hallarının çoxalması, Yol nəqliyyat hadisələrinin çoxalması, xəstə doğulan uşaqların sayında artım və. s. bu kimi halların artmasının kökündə narkomaniya dayanır.

Psixoloq həkim Rauf Nurayev narkotik və psixotrop maddələrdən istifadə edənlərdə baş verən psixolji dəyişiklərdən danışıb. İştirakçılardan Şahnaz Şıxnəsirli və İndra Abdullayeva mövzuya aid suallar və təkliflər səsləndiriblər.

                                                                                                                                                               


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya