GƏNCLƏR TƏŞKİLATI İMİŞLİDƏ NÖVBƏTİ TOPLANTISINI KEÇİRDİ - Fotolar

2023-03-12 23:09:00

GƏNCLƏR TƏŞKİLATI İMİŞLİDƏ NÖVBƏTİ TOPLANTISINI KEÇİRDİ - Fotolar

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 10 mart 2023-cü il tarixində Gənclər Fondunun dəstəyi ilə “Dəyərlərimizə sahib çıxaq” adlı layihəsinin son tədbirini İmişli rayonunda keçirib.
Hurriyyet.az xəbər verir ki, rayonun 5 nömrəli tam orta məktəbində baş tutan tədbiri rayon İcra Hakimiyyətinin nümayəndəsi İlkin Quluzadə açaraq iştirakçıları salamlayıb və bu mövzudakı tədbirlərin tərbiyəvi əhəmiyyət daşıdığını qeyd edib.
Məktəbin drektoru Validə Zülfüqarova mövzunun bu günümüz üçün çox aktual olduğunu bildirib. O qeyd edib ki, qloballaşma dövründə illərin sınağından çıxmış, ancaq bizim xalqa məxsus olan müqəddəs dəyərlərimizin çoxu bu gün aşınmalara məruz qalıb və getdikcə unudulur.
Təşkilatın təlimçisi, tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Natiq qədim dövrlərimizdə olan müqəddəs dəyərlərimizdən bu günümüzə gəlib çatan dəyərlərimizin unudulmaması üçün  gənclərimizi klassik ədəbiyyatlarımızı öyrənməyə çağırıb və onlara müzeylərimizi tez-tez ziyarət etməyi tövsiyyə edib.
Məktəbin müəlliməsi Nətavan Aslanova, şagirdlərdən Əlizadə Ruhi, Hüseynli Zəhra və başqaları mövzu ətrafında öz fikirlərini bildiriblər.
Tədbir çay süfrəsindən sonra başa çatıb.


Hurriyyet.az
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.147148