Gənclər təşkilat regionlarda maarifləndirici tədbirlərini davam etdirir - FOTOLAR

2023-02-22 21:44:00

Gənclər təşkilat regionlarda maarifləndirici tədbirlərini davam etdirir - FOTOLAR

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi  Azərbaycan Gənclər Fondunun maliyə dəstəyi ilə 21 fevral 2023-cü il tarixində “Dəyərlərimizə sahib çıxaq” adlı layihəsini Şamaxı rayonunda davam etdirib.

Hurriyyet.az xəbər verir ki, Şamaxı Dövlət Regional Kollecində keçirilən tədbirdə iştirakçılar qardaş Türküyədə zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sukutla yad ediblər. Daha sonra tədbiri giriş sözü ilə kollecin drektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru İlham Vəliyev açaraq iştirakçıları salamlayıb və layihənin məqsədi haqqında qısa məlumat verib.

Gənclər təşkilatının təlimçisi, tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova tədbir iştirakçılarını salamlayıb və tədbirin məqsədi barədə geniş məruzə ilə çıxış edib. O, son vaxtlar bəzi dəyərlərimizin aşınmalara məruz qaldığını, bir növ unudulduğunu qeyd edib. Əsasən də gənclərimizin atalarımızın bizə yadigar qoyduğu dəyərlərimizə münasibətinin qənaətbəxş olmadığını söyləyib.

Tədbirdə “Sağlam Həyata doğru” ekoloji İctimai Birliyinin sədri, kimya üzrə fəlsəfə doktoru Sadiq Həsənov gənclərimizə dəyərlərimizə hörmətlə yanaşmalarını, onları gələcək nəsilə olduğu kimi çatdırmağı tövsiyə edib.

Kollecin tələbələrindən Nicar Sultanova, Rəvan Məmmədov, Taleh Xalidov, Gülgəz Sultanova və başqaları mövzu haqqında öz fikirlərini bildiriblər.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.218859