Saat:09:04
Haqqımızda

Gəncənin yeni hərbi prokuroru KİMDİR? - DOSYE, FOTOLAR

2022-12-30 16:15:00

Gəncənin yeni hərbi prokuroru KİMDİR? - DOSYE, FOTOLAR

Şöhrət Qəhrəmanov Gəncənin yeni hərbi prokuroru təyin edilib.

Bununla bağlı Azərbaycanın Baş prokuroru Kamran Əliyev müvafiq əmr imzalayıb.

Hurriyyet.az-ın məlumatına görə, 11 avqust 1983-cü ildə anadan olan Şöhrət Qəhrəmanov Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

O, Sumqayıt hərbi prokurorluğunun müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, Bakı hərbi prokurorunun müavini vəzifəsində qulluq keçib, ədliyyə polkovnik-leytenantıdır.

Şöhrət Qəhrəmanov bir müddət Bakı Hərbi prokurorunun müavini, hazırkı təyinatdan əvvəl isə Şəmkir hərbi prokuroru vəzifəsində çalışıb.

WhatsApp Image 2022-12-30 at 14.43.25.jpeg (648 KB)

047f69084c-1074347218975025907287566459247994189588352n.jpg (85 KB)

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR