Gəncədə zəncirvari qəza - Xəsarət alan var
2024-08-01 21:19:59
.jpg)
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, hadisə şəhər ərazsində qeydə alınıb.
Hərəkətdə olan "Opel", "VAZ 2106" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Avtomobillərə də ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
