Saat:21:22
Haqqımızda

Gəncədə yaşayış binasında YANĞIN: Zəhərlənən və təxliyə olunanlar var - YENİLƏNİB

2024-02-02 14:43:51

Gəncədə yaşayış binasında YANĞIN: Zəhərlənən və təxliyə olunanlar var - YENİLƏNİB

Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var.

Hurriyyet.az xəbər verir ki, “report”un məlumatına görə, hadisə şəhərin Atatürk prospekti 197, mənzil 58 ünvanında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) dörd yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Beş mərtəbəli binanın üçüncü mərtəbəsində olan birotaqlı mənzildə baş vermiş yanğın söndürülüb. Yanğın nəticəsində evin 12 kvadratmetr sahəsi yanıb. Binada yaşayanlardan 10 nəfər təxliyə olunub.

Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Daha bir qadına isə yerində tibbi yardım göstərilib.:

***

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, şəhərin Atatürk prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR