Saat:13:20
Haqqımızda

GƏNCƏDƏ ŞƏKƏR XƏSTƏLƏRİNƏ VERİLMƏLİ OLAN DƏRMANLAR APTEKLƏRDƏ SATDIRILIR – Sabiq icra başçısı Elmar Vəliyevin kadrı olan Sevda Əsgərova xəstələrdən hər ay rüşvət alır...

2021-07-27 14:38:00

GƏNCƏDƏ ŞƏKƏR XƏSTƏLƏRİNƏ VERİLMƏLİ OLAN DƏRMANLAR APTEKLƏRDƏ SATDIRILIR – Sabiq icra başçısı Elmar Vəliyevin kadrı olan Sevda Əsgərova xəstələrdən hər ay rüşvət alır...

Gəncə Şəhər Endokrinoloji xəstəxanasında baş verən qanun pozuntuları ilə bağlı redaksiyamıza məlumat daxil olub. Bildirilir ki, adıçəkilən səhiyyə müəssisəsinin baş həkimi Sevda Əskərova şəkərli diabet xəstələrindən hər ay 1 manat və ya 3 manat alır. Bu pul qanda şəkərin dərəcəsini ölçən test və anket üçün tələb olunur.

Respublikanın ikinci böyük şəhərinin düz mərkəzində yerləşən regional Endokrinoloji Xəstəxanasında qanun pozuntularını aidiyyəti orqanların “görməməsi” bizlər üçün çox maraqlıdır.

Qeyd edək ki, baş həkim Sevda Əsgərova Gəncənin sabiq icra başcısı Elmar Vəliyevin kadrı olub və bu vəzifəyə şəxsən icra başcısının təşəbbüsü ilə təyin edilib.

Xatırladaq ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin müayinə və müalicəsi üçün lazım olan dərmanlar dövlət tərəfindən verilir. Lakin Gəncədə şəkər xəstəliyindən əziyyət çəkən xəstələrin çoxsaylı müraciətinə əsaslanaraq burada anket açılması üçün xəstələrdən 1 manat, test üçün 3 manat pul tələb olunur.

Hətta "İnsülin" dərmanına ehtiyacı olan xəstələr onu əldə edə bilmirlər. Əldə etdiyimiz məlumata görə, həkimlər tərəfindən həmin dərmanlar tanıdıqları xəstələrə verilir və Gəncə şəhərindəki apteklərdə satdırılır.

Növbəti yazımızda hansı həkimlərin bu kimi çirkin işlərlə məşğul olduğunu, “İnsülin” dərmanı satılan apteklərin adlarını təqdim edəcəyik.

Onu da qeyd edək ki, Endokrinoloji xəstəxana müxtəlif təyinatlı tibbi ləvazimatlar və inventarlarla təmin olunur. Lakin bunlar xəstəxanada öz təsdiqini tapmır.

Şikayətçi xəstələrdən bir neçəsinin məlumatına görə, Səhiyyə Nazirliyi tərəfindən verilən “Esensial”, “Aktovegin” və digər preparatlar mənimsənilir və xəstələrə verilmir. Bu dərmanları ya özlərinə aldırırlar, ya da satırlar.

Sevda Əskərova Endokrinoloji xəstəxanaya baş həkim təyin olunandan sonra həkim-cərrah, nevropatoloq və həkim- reanimatoloq öz ərizəsi ilə işdən kənarlaşıdı. Bu haqda araşdırmamız davam edir.

Bildirilir ki, baş həkim Sevda Əsgərova, baş endokrinoloq Süleyman Piriyev Terapiya şöbəsinin müdiri Ulduz Usubova xəstələri özlərindən asılı vəziyyətə salıblar...

Nəzərinizə çatdırırıq ki, Süleyman Piriyev Gəncə Endokrinoloji Xəstəxanasının sabiq baş həkimi olub. Hal-hazırda oğlu Namiq Piriyev Gəncə şəhər Onkoloji Xəstəxananın baş həkimidir.

Azər ALLAHVERDİYEV,

Bölgə müxbiri

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR