Saat:19:15
Haqqımızda

Gəncədə qanunsuz tikililər söküldü – FOTOLAR

2024-11-15 19:29:20

Gəncədə qanunsuz tikililər söküldü – FOTOLAR

Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər aparılır.

Hurriyyet.Az Globalinfo.az-a istinadən xəbər verir ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Monitorinqlər zamanı, şəhərin Məhsəti qəsəbəsində, Gülüstan yaşayış massivində yerləşən Tofiq Bağırov küçəsində və şəhərin digər hissələrində müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan qeyr-yaşayış sahəsi aşkarlanaraq söküntüsü təmin edilib.

Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək