Gəncədə İNSİDENT – Polis araşdırmaya başladı

2023-04-01 21:49:00

Gəncədə İNSİDENT – Polis araşdırmaya başladı

Premyer Liqanın 28-ci turunda “Kəpəz” doğma meydanda “Səbail”i qəbul edib.

Matçın fasiləsində xoşagəlməz hal yaşanıb.

Gəncəli azarkeşlərdən biri “Dənizçilər” azad azarkeş qrupunun üzvlərini Bakıdan Gəncəyə gətirən avtobusuna zərər vurub.

Nəqliyyat vasitəsinin arxa şüşəsi atılan daş nəticəsində sındırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda polis faktla bağlı araşdırma aparır.

Maraq üçün bildirək ki, komandalar arasında çempionatın üçüncü dövrəsində “ASCO Arena”da baş tutan oyunda bıçaqlanma hadisəsi yaşanmışdı. Qarşılaşmanın fasiləsində gəncəli azarkeş “Səbail”in fanatına bıçaqla xəsarət yetirmişdi.

HƏBİB / SPORTİNFO.AZ


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.177426