Saat:06:49
Haqqımızda

Gəncədə dustaq təcridxanada boğazını kəsdi

2021-09-16 14:35:00

Gəncədə dustaq təcridxanada boğazını kəsdi

Gəncə şəhərində yerləşən istintaq təcridxanasında dustaq intihara cəhd edib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 15-i saat 15 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında baş verib.

Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə təqsirləndirilən Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Şirinov Elvin Aydın oğlu təcridxananın sanitar qovşağında intihar məqsədilə ülgüclə boğazını kəsib.

E.Şirinov Gəncə Beynəlxalq xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.160010