Gəncədə 22 yaşlı oğlan kəsici alətdən xəsarət aldı
2025-12-11 23:00:04
Gəncədə 22 yaşlı oğlan kəsici alətdən xəsarət alıb.
Hurriyyet.az xəbər verir ki, Gəncədə 2003-cü il təvəllüdlü Ruhin Babayev bədənin deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.
22 yaşlı oğlan xəstəxanalardan birinə gətirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
