"Gəncə Şərab-2 ASC” şirkətində DVX yoxlama apardı - Külli miqdarda borc və böyük məbləğdə cərimə
2025-06-24 15:34:20

"Gəncə Şərab-2” ASC-yə külli miqdarda vergi borcu və maliyyə sanksiyası tətbiq olundu.
“Gəncə Şərab-2” Açıq Səhmdar Cəmiyyətində DVX əməkdaşları yoxlama aparıb.
Hurriyyet.az 32gun.az-a istinadən xəbər verir ki, barəsində aparılan səyyar vergi yoxlamasının nəticəsi olaraq sözügedən ASC-yə 461 855,47 manat əlavə vergi və 290 095,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Digər əldə etdiyimiz digər məlumata görə, şirkətin ümumi vergi borcu hazırda 1 631 437,86 manat təşkil edir.
ASC-nin qanuni təmsilçisi Sabit Nəbiyev Nürəddin oğludur. Şirkətin nizamnamə kapitalı isə 62 641 934,73 manatdır.
Xatırladaq ki, Gəncə Şərab-2 ASC” şirkətinin əsas rəhbəri Namiq Məmmədovdur.
