Saat:15:58
Haqqımızda

Gəncə şəhərində yollar bərbad hala salınıb - VİDEO

2022-08-18 16:00:00

Gəncə şəhərində yollar bərbad hala salınıb - VİDEO

Gəncə Şəhərinin avtomobil yolları yararsız hala düşməsi ilə bağlı Hurriyyet.az-da xəbər dərc olunmuşdu. Gəncə Şəhərinin mərkəzi prospektlərində iritutumlu yük maşınları asfalt örtüyünü yararsız hala salırlar, bundan başqa yük maşınları şəhərin mərkəzi prospektlərində, hərəkət edərək digər maşınların, piyadaların gedişinə maneələr törədirlər.  

Xatırladaq ki, yol hərəkəti qanunlarında iritutumlu yük maşınları, böyük şəhərlərin mərkəzi yoluna daxil olmağa iczəsi yoxdur deyə qeyd olunub. İritutumlu yük maşınları hərəkətdə olduğu vaxt gedilən ünvana şəhərin və rayonun çöl yolu ilə hərəkət etməlidir.

Maraqlıdır, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Baş Dövlət Yol Polis İdarəsinin mövqeyini dinləməyə hazırıq…

Mövzuya qayıdacayıq... 

Azər Allahverdiyev,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR