Saat:22:55
Haqqımızda

Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında zibillik tüğyan edir... - Video

2022-09-29 15:12:00

Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında zibillik tüğyan edir... - Video

Belə ki, əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərir və insanın həyat fəaliyyəti üçün əlverişsiz şərait yaradır.

Ölkəmizdə və digər dövlətlərdə, Koronavirus və zərərli təsir göstərən digər xəstəliklər mövcuddur. Bunların hər biri sanitariya qaydalarını kobud şəkildə pozulmasından irəli gəlir.

Mövzunun girişində xatırlatdığım sanitariya qaydalarına əməl etməyən "Dövlət" müəssisələrindən biri də, Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasıdır. Adı çəkilən təcridxananın qəbul otağında və həmin müəssisənin daxilində sanitariya qaydaları kobud şəkildə pozulması açıq-aydın görünür.

Cəzacəkmə məntəqələrində, mütəmadi olaraq sanitariya qaydaları aidiyyəti qurumlar tərəfindən nəzarət olunmalıdır. Cəza cəkən dustaqların hansı şəraitdə saxlanması, onlara mənəvi işgəncələrin verilməsi yolverilməzdir!

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

P.S. Mövzuya qayıdacayıq.

 

 

Gəncə şəhəri,

Muxbir: Azər...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR