Saat:10:24
Haqqımızda

Gəncə Şəhərində Mərkəzi yolu "Avtomobillər" kəsdi... - VİDEO

2023-03-18 17:01:00

Gəncə Şəhərində Mərkəzi yolu

Gəncə Şəhərinin mərkəzi küçələrində, səhər saatlarında təxminən 10-35 radələrindən başlayaraq bir saata yaxın, mərkəzi prospekt sayılan, Şah İsmayıl küçəsinin və Heydər Əliyev prospektinin kəsişməsində avtomobillərin hərəkəti məhdudlaşıbdır. 

"Hürriyyət"-in elektron poçtuna daxil olan video lentdən aydın görünür ki,  iri tutumlu yük maşınları mərkəzi prospektdə hərəkətin məhdudlaşmasına böyüük maneələr yaradıbdır. 

Qanunun tələbində iri tutumlu yük maşınları, şəhərin çöl yolu deyilən yeri ilə hərəkətdə olduğu qeyd olunmağına baxmayaraq, ağır yük maşınları nəyin ki, Gəncə Şəhərində, ölkənin bütün şəhər və rayonlarında, böyük enli küçələrdə hərəkətdə olurlar.

Bax bu da qəza şəraitinin yaranmasına gətirib çıxarır.

Səhər saatlarında, mərkəzi prospektdə yaranan maşınların tıxacı, yol polislərinin məsuliyyətsizliyi 1 saata yaxın avtomobillərin eyni vaxtda böyük səs gücləndirici siqnallardan istifadəsi, şəhər əhalisinin böyük narazılığına səbəb olubdur. 

Qeyd edək ki, 1-saata yaxın mərkəzi prospektdə yaranan maşın tıxacında, yol polislərinin müşahidəsi video lentdən görünmür. 

Şəhərin mərkəzi prospektində maşınların mahdudlaşması, yol polis əməkdaşlarının qeyd olunan yerdə olmaması, sürücülərin hərəkət zolağı kəsməsi, nəticədə avtomobil axını yavaşıyır, hərəkət intensivliyi zəifləyir və tıxac yaranır. 

Bəzən buna sürücülər səbəb olur, bəzən də yol polislərinin məsuliyyətsizliyi.

Azər

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR