Saat:12:50
Haqqımızda

Gəncə şəhərində küçə ticarətinin qarşısı alınmır - FOTOLAR

2023-02-02 14:37:00

Gəncə şəhərində küçə ticarətinin qarşısı alınmır - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyi Gəncə Regional Bölməsi, şəhərdə heç bir reyd aparmır. Bunun nəticəsində küçə ticarəti, çörək və şirniyyat mağazaları, çörək zavodları, restoran, kafelər sanitariya-epidemioloji cəhətdən əziyyət çəkir.

Belə ki, adı çəkilən dövlət qurumu şəhərin mərkəzindən tutmuş, digər yerlərdə küçə ticarətinə göz yumur.

Şəhərin mərkəzində yəni ki, piyada keçidlərinin qarşısında, kiçik marketlərin qarşısında, böyük bazar dörd bir yanında, hətta şəhərin mərkəzində yaşayış binalarının yaxınlığında küçə ticarəti piyadaların gediş-gəlişinədə maneələr yaradır. 

Əsas götürək ki, çörək zavodlarının daxilində kiçik mağazalar fəaliyyət göstərir, həmin mağazalarda çörək satışından başqa şirniyyat satışı ilə də qarşılaşısan, o zaman satıcı əli ilə alıcıya çörək və şirniyyatı paketlərə qoyur, bu da yol verilməzdir.

Dəfələrlə satıcıya irad tutan vətəndaşlar, mübahisələr, kobud sözlərlə qarşılaşırlar.

Əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərir və insanın həyat fəaliyyəti üçün əlverişli şəraidə maneələr yaradır.

Mövzuya qayıdacayıq.

Gəncə müxbiri Azər

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR