Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində Korrupsiya faktı...

2022-04-18 13:53:00

Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində Korrupsiya faktı...

Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində Korrupsiya faktı aşkarlanıb.

Belə ki, Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanovun Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Gəncə şəhər bölməsinin rəisi İsmayıl Əsədovla birlikdə, Gəncə Təhsil İdarəsinə məxsusu olan məktəblərdən əsassız yerə pul tutulmaları haqqında redaksiyamıza yazı daxil olmuşdur.

Adı çəkilən şəxslərin əlbir olaraq, Gəncə Şəhər Təhsil İdarəsinə məxsus məktəblərdən, məzuniyyət vaxtı müəllimlərdən 2 manat, bəzi hallarda 2 % faiz pul tutlmaları haqqında əsaslı şübhələr mövcuddur.

Dəfələrlə Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanov və “Qızıl Aypara” Cəmiyyətinin Gəncə şəhər bölməsinin rəisi İsmayıl Əsədovla telefon əlaqəsi saxlasaq da, qarşı tərəfin mövqeyini dinləmək borcumuz olduğundan, təəssüflər olsun ki, sorğumuza cavab ala bilməmişik.  

Yazıda adı çəkilən şəxslər, məktəblərdən müəllimlərin ərizəsi olmadan, rəsmləşmədən, onların əmək haqqından məzuniyyət vaxtı pul tutulmasının əsası odur ki, məzuniyyət vaxtı pulun məbləği yüksək olduğundan, müəllimlərim narazılığına səbəb olmasın və belə pulların mənimsənilməsinə asanlıqla nail olsunlar.  

Nəzərə alaq ki, Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə 7 rayonun Təhsil şöbələrinin maliyyə şöbələri tabedir. Bunlardan Kəlbəcər rayon Təhsil şöbəsinin 4400 (dörd min dörd yüz), Goranboy rayon təhsil şöbəsinin 5000 (beş min), Samux rayon Təhsil Şöbəsinin 2000 (iki min), Xocallı rayon Təhsil Şöbəsinin 900 (doqquz yüz), müəllim kollektivi vardır.

Naftalan rayon Təhsil Şöbəsinin və Göygöl rayon Təhsil Şöbəsinin müəllimləri sual altındadır. Gəncə Şəhər üzrə müəllimlərin sayı 6400 ( altı min dörd yüz ) nəfərdir.

Qanunsuz pul tutulmaları artıq bir neçə ildir davam edir, aidiyyəti orqanlar araşdırma aparsa, o zaman aydın olar ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda pulların mənimsəməsi faktı təsdiqini tapar.

Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, Baş Prokurorluq araşdırma aparsa, onda aydın olar ki, Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi Korrupsiyanın mənbəyidir.

(Ardı var)

Azər,

Gəncə müxbiri

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya