Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi - Siyahı

2022-05-27 22:43:00

Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi  - Siyahı

Bu gün həbsdən azad olunanlar arasında Gəncə hadisələrinə görə məhkum edilənlər də var.

Sözügedən hadisələrə görə məhkum həyatı yaşayan Kamal Məhərrəmov, Raul Süleymanov,  Elman Quliyev, Şahlar Rzayev, Orxan Yağnəliyev, Toğrul Verdiyev, Vüqar Allahverdiyev, Tural Bayramov, Seymur Əliyev, Hacıyev Maarif, Ruslan Həsənov, Əli Rzayev, Yavər İsmayılzadə, Zabil Məmmədov, Elman Rüstəmov, Qənbər Qarazadə, Vaqif Əşrəfov, Asif Cavadov da əfv olunanlar siyahısındadır.

Qeyd edək ki, onlar 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsinə görə azadlıqdan məhrum edilmişdilər. \\Redaktor


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya