Gənc naziri kim qovur? - Video

2022-05-11 16:14:00

Gənc naziri kim qovur? - Video

Cəmi 37 saniyə... Bu qısa müddətdə jurnalistlərin suallarına cavab vermək üçün ayaq saxlamaq çoxmu çətindir?! Özü də bir Mədəniyyət naziri üçün mediaya qarşı belə bir münasibət ayıb deyilmi? Hətta korrupsiya qalmaqalına görə vəzifədən azad olunan Əbülfəs Qarayev də bu qədər göylərdə deyildi. Bu nəyin təkəbbürüdür?!

Aşağıdakı videoda danışan Azərbaycanın gənc Mədəniyyət naziri Anar Kərimovdur. Ona jurnalistlər sual verir. O isə dodaqları arasından çıxardığı o 2 cümləni dayanıb demir ki, telekanallar normal çəkiliş etsin. Elə bil Anar Kərimovu kimsə qovur. Qaçhaqaçdadır. Mədəniyyət naziri ölkədəki bütün nazirlər, vəzifəlilər üçün nümunə olmalı deyilmi?

Anar Kərimovun bu videosu dünəndən sosial şəbəkələrdə yayılıb və tənqid olunur. Əslində, tənqidə layiq görüntüdür və heç də nümunəvi hərəkət deyil.

Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya