Saat:11:33
Haqqımızda

Gənc müəllim intihar etdi

2022-01-21 14:12:00

Gənc müəllim intihar etdi

Göyçay rayon sakini intihar edib.

Hurriyyet.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb.

Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb.

Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 


1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR